Lənkəran sakini özünü güllələdi

  • By admin
  • 06 Fevral 2017 20:09

tufeng

 

Lənkəran rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şağlakücə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində döş qəfəsindən yaralanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info