
Lənkəran və Siyəzəndə narkotik vasitə dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Yalçın Muradovun evinə baxış zamanı oradan 197,676 qram heroin, 635 qram tiryək, 9,336 qram metamfetamin və 116,28 qram marixuana, habelə həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 43 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Daxil olan məlumat əsasında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Nəcəfovun həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə yetişdirilən 6 ədəd çətənə kolu, habelə evindən 6,983 qram marixuana aşkarlanıb.
Anar
Gununsesi.info









