Lənkəranda ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

  • By admin
  • 28 Noyabr 2016 11:13

qandal-qolda

Lənkəranda ötən həftə ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə,  Lənkəran sakini Fəqan Mikayılovun dünən gecə tutulduğu bildirilir.

Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərinin Şəhidlər xiyabanı 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.

Hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində onların öldürüldüyü qeyd olunub.

Gununsesi.info