Lənkəranda ər və arvad dəm qazından boğulub.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində baş verib.
Belə ki, Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info