Lənkəranda iki nəfərin bıçaq xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ləvəngi dairəsində baş verib.
Belə ki, Ləvəngi dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.
Şəhər sakini, 1977-ci il təvəllüdlü Eyni Qurban oğlu Paşayev Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Digər bıçaq yarası alanın şəxsiyyəti müəyyənləşdirilir. Onun yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisənin səbəbləri araşdırılır.
Gununsesi.info