Nişanlı gəncin dəhşətli sonu - BU GÜN ƏSGƏR GEDƏCƏKDİ

  • By admin
  • 04 İyul 2017 08:40
1499117368-6228

Lənkəranda bu gün hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarına baş verib.

Belə ki, Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Adil Heybət oğlu dostları ilə birlikdə çimərliyə gəlib. Lakin o, dənizdə çimərkən boğulub.

Qeyd edək ki, onun cəsədini ləpələr sahilə çıxarıb. Məlumata görə, nişanlı olan A.Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info