Lənkəranda 5 günlük nəvəsini su quyusuna atan nənə həbs olundu - DİN-DƏN RƏSMİ AÇIQLAM

  • By admin
  • 07 Avqust 2017 14:00

quyu

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda nənənin nəvəsini öldürməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində bu il iyulun 30-da Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyevin 5 günlük qızını su quyusuna atmaqda şübhəli bilinən Ş.Nuriyevin anası Atifə Nuriyeva tutulub.

Gununsesi.info