
Lənkəranda piyadanın vurulması ilə nəticələnın yol-qəza hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 72 yaşlı ahıl kişinin xəsarətləri ağır olduğundan xəstəxanaya aparılarkən dünyasını dəyişib. Hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Digah kəndi ərazisinən keçən hissəsində qeydə alınıb. Belə ki, 33 yaşlı Lənkəran şəhər Göyşaban kənd sakini Samir Əlihüseyn oğlu Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini 72 yaşlı Qurban Yelmar oğlu Abbasov vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal sürücü tərəfinən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yoldaca dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Qəzanın piyadanın və yaxud sürücünün səhvi ucbatından baş verdiyi dəqiqləşdirilir. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info