Gününsəsi.info xəbər verir ki, ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi ötən gecə Lənkəran şəhərinin Ləvəngi dairəsində baş verib. Belə ki,Ucar rayon sakini, 35 yaşlı Kənan Vidadi oğlu Qasımovun idarə etdiyi Grand Tiger markalı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəran şəhər sakini, 79 yaşlı Müzəffər Fayaz oğlu Əliyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Müzəffər Əliyev Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya yardım olunmasına baxmayaraq,onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.
Hadisəni törətməkdə şübhəli bilinən Kənan Qasımov istintaqa cəlb olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gününsəsi.info