

Zaqatala şəhərində yanğın qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı 20 m2 sahədə, 1 ədəd ”Samsung” markalı soyuducu və 1 ədəd aspirator yanıb.
Evin qalan hissəsi yanğından mühafizə mühafizə olunub.
Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Lənkəran rayonu, Boladı kəndində yanğın qeydə alınıb.
Belə ki, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info