Lənkəranda ağır avtoqəza: ölən və yaralananlar var

  • By admin
  • 13 Noyabr 2016 15:52

img2245024

 

Lənkəranda ağır yol qəzası baş verib.

Gununsesi.info-nun məlumatına görə, rayon ərazisində “Tofaş” markalı minik avtomobili “Ford” markalı yük maşınına çırpılıb.

Nəticədə “Tofaş”ı idarə edən 25 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. “Ford”da olan 18 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya səbəb “Tofaş”ın ötmə əməliyyatı apararkən yolun əks istiqamətinə çıxması olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

 

Gununsesi.info