Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Gununsesi.info APA -ya istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb.
Mahir Məmmədli, idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olarkən yol ayrıcında idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı yol nişanlarna çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olanlar Liman şəhər sakinləri 1993-cü il təvəllüdlü Pəri Tələt qızı Məmmədli, 2017-ci il təvəllüdlü A.Məmmədli və 2016-cı il təvəllüdlü Z.Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Qəza ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanası açıqlama verib. APA-nın cənub bürosunun sorğusuna cavab olaraq, xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, Lənkəran rayonunun Qurumba kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər qadın və 2 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alan ana və azyaşlılar yaxınlarının təkidi ilə özəl klinikalardan birinə təxliyyə olunub.
Gununsesi.info