
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında iri gövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki sərnişin isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info