Lənkəranda ağır yol-nəqliyyat qəzası olub, ölən var

  • By ilhame
  • 19 Mart 2024 21:54

Lənkəran rayonunda yol qəzası baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Nəsirov Davud Sərraf oğlu hadisə yerində ölüb.

 

2003-cü il təvəllüdlü Nağızadə Mirşahin Malik oğlu, 2003-cü il təvəllüdlü Mahmudov Pərvaz İlham oğlu və 1991-ci il təvəllüdlü Fətullazadə Pərviz Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info