Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Ələt -Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı, 90-RC-124 dövlət qeydiyyat nömrə nişanlı minik avtomaşını ilə “İveco” markalı, H 013-406 nömrə nişanlı yük maşını toqquşub.
Nəticədə, iki nəfər hadisə yerində dünyasının dəyişib.
Fövqəladə Hallar Nazirliyi-nin (FHN) xilasediciləri deformasiyaya uğramış avtomobilin içərisindən meyitlərin birini çıxarıb, digər meyitin çıxarılması üzrə iş davam etdirilir.
Gununsesi.info