
Lənkəran şəhərində ağır yol qəzası baş verib. Gununsesi.info xəbər verir ki, 5 nəfərin yaralanması ilə nəticələnən qəza rayonun Liman-Nərimanabad yolunda qeydə alınıb. Cəlilabad rayon sakini, 20 yaşlı Yavər Hüseynovun idarə etdiyi VAZ -2107 markalı, minik avtomobili qarşı tərəfdən gələn və sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-21011” markalı, dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2107”-nin sürücüsü və sərnişinləri olan Biləsuvar rayon sakinləri, 20 yaşlı Mirxan Mirzəyev, 23 yaşlı Abdulov, 24 yaşlı Nurlan Məmmədov və Cəlilabad rayon sakini, 20 yaşlı İsmayıl Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Həkimlər yaralılardan ikisinin,Yavər Hüseynovun və sərnişin Mirxan Mirzəyevin vəziyyətini daha ağır qiymətləndirib. Hazırda qəzanın səbəbləri dəqiqləşdirilir. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.