Lənkəranda yol qəza hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi rayonun Boladi kəndi ərazisində istifadəyə verilməyən tikintisi davam edən ipək yolunda qeydə alınıb. Belə ki, vBakı şəhər sakini, 34 yaşlı Zaur Seyfulla oğlu Fərziyevin idarə etdiyi Mercedes markalı minik avtomobili hərəkətdə olarkən yolun ortasına tökülən qum topasına çırpılıb. Nəticədə avtomobildə olan sürücünün yaxınları Bakı sakinləri, 84 yaşlı Humayə Əlibala qızı Fərziyeva və onun oğlu, 66 yaşlı Xeyrulla Eynulla oğlu Fərziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanansına yerləşdirilib. İlkin müayinə zamanı yaralılara sol bazu sümüyünün sınığı, kəllə-beyin travması, sağ qabırğasının sınığı diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəsarət alanlardan Humayə Fərziyevanın vəziyyəti daha ağır qiymətləndirib. İlkin versiya kimi qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonr məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info