Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb – SİYAHI - FOTO - YENİLƏNİB-2

  • By admin
  • 31 Mart 2018 19:55


Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.

“Report”un Cənub bürosunun məlumatına görə, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər aşağıdakılardır:

Aslanov Faiq,

Aslanov Fikrət,

Aslanov Mərziyyə,

Aslanova Xanımgül,

Aslanov Namiq

Aslanova Məsmə,

Yaralılar:

Aslanov Ülvi Faiq oğlu, 7 yaş

“Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu

***18:38

Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

“Report”un Cənub bürosunun məlumatına görə, ölənlərin hamısı “Mitsubishi”də olublar.

Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.

Ölənlərdən 2-si kişi, 3-ü qadındır.

***18:14

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un  məlumatına görə, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info