Lənkəranda ağır yol qəzası - 4 ölü, 5 yaralı

  • By admin
  • 10 Sentyabr 2016 09:30

avtoqeza1

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

HTML tutorial

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, VAZ-2106  və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info