Gununsesi.info APA-ya istinadən məlumat verir ki, Tütəpeşdə kəndində 1984-cü il təvəllüdlü Leyla Xanbala qızı Mehdizadə ,onun övladları – 2003-cü il təvəllüdlü Nərmin, 2004-cü il təvəllüdlü Nigar və 2008-ci il təvəllüdlü Elmar Abbaszadə zəhərlənmə əlamətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Bildirilir ki, axşam saatlarında elektrik enerjisi kəsildiyindən ev sahibləri evin altındakı generatoru işə salıblar. Generatordan çıxan qaz evdəki dörd nəfəri zəhərləyib.
Gununsesi.info