
Bu gün Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində avtomobil azyaşlını vurub .Gununsesi.info xəbər verir ki, Lənkəran şəhər sakini, 56b yaşlı Rəfail Mirzəli oğlu Rzayevin idarə etdiyi “VAZ-21015” markalı, 90 NG 068 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, şəhər sakini, 8 yaşlı Zəhra Müşviq qızı Teymurlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və dərhal həkim nəzarətinə götürülüb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info