Lənkəranda avtomobil piyadanı vurub öldürüb

  • By admin
  • 17 Noyabr 2016 20:49

img1457982

 

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Piyada müxtəlif xəsarətlərlə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Onun meyiti müayinə olunması üçün  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran  rayon bölməsinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Gununsesi.info