Lənkəran şəhərində avtomaşınların ehtiyat hissələrini oğruyan dəstə üzvləri saxlanılıb. Gununsesi.info-nun cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) rayon ərazisində yük maşınlarından akkumlyatorun naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumatlar daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yük maşınlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məqsəd Seyidmurad oğlu Beyçayev və Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1994-cü il təvəllüdlü Elmin Sulduz oğlu Mustafayev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz əməlləri nəticəsində ayrı-ayrı vaxtlarda, ümumilikdə müəssisələrə və ayrı-ayrı fiziki şəxslərə 4000 manat məbləğində maddi ziyan vurulub.
M.Beyçayev və E.Mustafayev barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs-qətiimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info