Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb

  • By ilhame
  • 14 Mart 2024 19:37

Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qurumba kənd ərazisində baş verib.

 

“VAZ-21015″ və VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində birincinin sürücüsü, Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları xəsarət alıblar.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info