Lənkəranda da ölümlə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 09 Dekabr 2016 09:41

qeza

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün saat 06.30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan “Qazel” markalı yük maşını ilə “Opel – Astra” markalı minik avtomobili toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “Opel-Astra”-nın sərnişini, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Telman oğlu Rəhmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info