Lənkəranda evə basqin edildi

  • By admin
  • 03 Sentyabr 2016 11:30

basqin

Gununsesi.info xəbər verir ki, rayonun Veravul kənd sakini, 28 yaşlı Cəmil Azad oğlu Mirzəyev özgənin əmlakını ələ keçirmək məqsədilə gecə saatlarında sifətini maska ilə gizlədərək həmkəndlisi Dilarə Bayram qızı Mirzəyevanın yaşadığı evin ikinci mərtəbəsinə daxil olub.Otağa daxil olan gənc ev sahibəsinə əli ilə zərbə vuraraq onz zor tədbiq edəcəyini və öldürəcəyi ilə hədə qorxu gələrək ondan evdə olan qiymətli əşyaların  yerini deməsini tələb edib. Lakin evdən qızıl tapa bilməyən Cəmil Mirzəyev çarpayının altında olan 22 manat pulu ələ keçirərək aradan çıxıb.Evə basqın etməkdə şüphəli bilinən Cəmil Mirzəyev uzağa gedə bilməyib.Polis əməkdalarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən Cəmil saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Dinririlmə zamanı Cəmilin 4 il bundan öncə törətdiyi oğurluq faktınında üst açılıb.Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Cəmil Mirzəyev barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində  Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi başlanilib, araşdırmalar aparılır.

Gununsesi.info