
Lənkəranda yaşayış evində yanğın olub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində 1938-ci il təvəllüdlü Xannənə Balakişi qızı Qurbanovaya məxsus evdə qeydə alınıb.
Ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin 2 kv.m hissəsi yanıb.
Hadisə yerinə FHN-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Gununsesi.info