Lənkəranda evdən külli miqdarda narkotik tapıldı

  • By admin
  • 01 İyul 2023 21:32

Lənkəran sakini narkotik maddə ilə tutulub.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş H.Rzayev saxlanılıb.

Şəxsi axtarış zamanı 150 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aprılır.

Gununsesi.info