Lənkəranda keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gununsesi.info-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ferma sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi (16 ədəd BK-13 və 6 ədəd OF-8) aşkar olunub, daşınması mümkün olmadığına görə 07 mart 2018-ci il tarixində yerində zərərsizləşdirilib.
Aşkar olunmuş mərmilərin ətrafında 600 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Gununsesi.info