
Lənkəranda hosteldə ölü tapılan şəxsin kimliyi məlum olub.
Gununsesi.info-nun məlumatına görə, həmin şəxs ukraynalı turist Aleksandr Salov imiş.
1964-cü il təvəllüdlü A.Salovun meyiti üzərində zorakılıq əlaməti aşkar edilməyib.
O, Azərbaycana martın 1-də gəlibmiş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.