
İranlı sürücü Lənkəranda yük maşınında yanıb.
Gununsesi.info-nun cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən çay fabrikində baş verib. İran İslam Respublikasının Astara şəhər sakini, 1981-ci il təvəllüdlü Bağıri Behzad Cəlil oğlu baş və bədənin müxtəlif nahiyələrindən 2-3 dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Yanıq şokunda olan İran vətəndaşı sonradan reanimasiya şöbəsinə keçirilib.
Hadisə şahidlərinin bildirdiyinı görə, İran İslam Respublikasına məxsus hər birinin tutumu 20 ton olan bir neçə TIR- çay fabrikinin həyətində yüklü vəziyyətdə olublar. Onlardan ikisinin sürücü kabinəsı və yük konteynerləri, üçüncüsünün isə yalnız konteyner hissəsinin müəyyən qismi yanıb. Xəsarət alan iranlının maşının kabinəsında yatdığı deyilir.
Yanan TIR-ların birində quru çay, digərində isə düyü məhsulu olub. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyyəti cəlb olunub. Yanğının səbəbləri ekspertizadan sonra müəyyənləşəcək.
Gununsesi.info