Lənkəranda kişini elektrik cərəyanı vurub

Lənkəranda kişini elektrik cərəyanı vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nərimanabad qəsəbə sakini, 1974-cü il təvəllüdlü  Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi əraziyə daxil olub və elektrik cərəyan onu vurub.

O Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info