
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran Regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, martın 24-də Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 7 bükümdə 1 kiloqram 64 qram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb. Cəmil Məmmədov polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilərkən cibindən əlavə olaraq ümumi çəkisi 100 qramdan artıq olan 2 bükümdə narkotik vasitə aşkarlanıb.
Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1164,391 qram tiryək olması barədə rəy verilib.
Gununsesi.info