Lənkəranda vəzifəli şəxsin qardaşının meyiti tapıldı

  • By ilhame
  • 02 Fevral 2024 22:55

Lənkəran rayonunun Osaküçə kəndində meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, çayın körpü altından keçən hissəsində aşkar edilən meyitin kənd sakini Arzu Asəf oğlu Mirzəyevə məxsus olduğu məlum olub.

Qeyd edək ki, A.Mirzəyevin iki gündür itkin düşməsi barədə polisə də məlumat verilmişdi.

Mərhum Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.

 

Gununsesi.info