Lənkəranda meşə ərazisində yanğın oldu

Lənkəran şəhərinin Moloja kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzində yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, mərkəzə aid ərazidə 1 hektar sahədə kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info