Lənkəranda möhtəşəm od çərşənbəsi - FOTOLAR

  • By admin
  • 07 Mart 2018 15:42

İlaxır çərşənbələrin ikincisi, el arasında üskü çərşənbə, addı çərşənbə adlandırılan od çərçənbəsinin gəlişi Lənkəranda təmtərağı ilə qeyd edilib.

Gununsesi.info xəbər verir ki, şəhərin vağzalyanı meydanında Novruzun rəmzləri olan kosa ilə keçəlin qaladığı tonqalın işığına ,istisinə bütün Lənkəran yığışıb. El adətincə qalanan ocağın işığında oxunan nəğmələr, keçəllə kosanın zarafatları, şux rəqslər  mərasimə əsl şadlıq, bahar ab-havası   qatıb.

İlaxır şərşənbələrin elliklə qarşılanması xalqın birliyini, doğmalığını əks etdirir. Bahar –bayram sevincini birgə bölüşmək əski inancların gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır. Şəhər sakinləri bahar-bayram ovqatlarını bizimlə də bölüşdülər. Ömrünün 70-ci baharını yaşayan Etibar Əhədov bildirdi  ki, Novruz  çərşənbələri baharın gəlişini müşdələyir. Od, su, ye və torpaq 4-dü birlikdə təbiəti canlandırır.

Şəhər sakini Nuranə Məmmədova  isə çərşənbələrdən ən müqəddəsi “od çərşənbəsi” olduğunu bildirdi: “Çox sevinirəm, Allaha şükürlər edirəm ki növbəti bayram tonqalını görmək bizə qismət oldu. bütün ailələrə ruzi bərəkət bolluq sevinc arzu edirəm. Ocaqlarınız gur yansın əzizlərimiz.”

Bayram iştirakçılarının-böyüklü kiçikli Cəngi sədaları altında xalqın birliyinin rəmzi kimi əl-ələ verib yallı getməsi bayrama həm əlvanlıq,  həm möhtəşəmlik qatdı.

Qeyd edək ki, bayram mərasimində  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər iştirak edib.

Esmira İsmayılova-Lənkəran.

Gununsesi.info