Lənkəranda müəllimə arvadını öldürən ər həbs olundu

  • By admin
  • 29 Mart 2017 10:20

hebs_0451

Arvadını amansızlıqla qətlə yetirən Lənkəran sakini saxlanılıb.

Gununsesi.info-nun cənub bürosu xəbər verir ki, dünən günorta saatlarında  kənd orta məktəbində müəllimə işləyən həyat yoldaşını, 2 uşaq anası, 48 yaşlı Əliyeva Maygül Damət qızını küt alətlə döyərək amansızlıqla qətlə yetirən Lənkəran rayonunun Səpnəkəran kənd sakini, 49 yaşlı Rüfət Aydın oğlu Əliyev artıq saxlanılıb.

Lənkəran şəhər hüquq  mühafizə orqanlarının əməliyyat qrupunun gecə saatlarınfa keçirtdiyi xüsusi  əməliyyat zamanı qatil ər Lənkəran şəhəri ərazisində tapılaraq həbs olunub. Hazırda amansız qətlin baş vermə səbəbləri Lənkəran rayon prakurorluğunda araşdırılır.

Hüquq mühafizə orqanları qətlin ailə-məişət zəminində yaranan mübahisənin səbəb olduğu bildirilib.

Gununsesi.info-nuncənub bürosunun mərhumun  yaxınlarına istinadən  bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub və anasını ölmüş vəziyyətdə tapıb. Atasının  evdə olmadığını görən oğul  onunla əlaqə yaratmağa çalışsa da, ata zənglərə cavab verməyib.

Xatırladaq ki, R.Əliyevin atası  Aydın Əliyev oğlunun psixoiloji durumunda problemlərin olduğunu, ruhi-əsəb dispanserində qeydiyyata alındığını bildirmişdi.

Gununsesi.info