Lənkəranda quldurlar tutuldu

  • By admin
  • 26 Yanvar 2017 12:45

qandal

Lənkəran şəhər sakininə məxsus avtomobili quldurluq yolu ilə almağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Lənkəran şəhər sakini Bahadur Əzimova məxsus “VAZ-2170” markalı avtomobili quldurluq yolu ilə almağa cəhd göstərməkdə şübhəli bilinən Astara rayon sakinləri Şamo Əlizadə, Ramil Şabanov, Rəhim Hacıyev və Elvin Rzayev tutulublar.

Anar

Gununsesi.info