Lənkəranda sakinləri şantaj etməklə onlara hədə-qorxu gələrək pul və zinət əşyaları alan jurnalistlər saxlanılıb. Gununsesi.info-nun xəbərinə görə, rayonun Parakənd qəsəbə sakini Şahvələd Məmmədov, Kərgəlan kənd sakini Arzu Abdullayeva, Şağlakücə kənd sakini Hökümə Rəhimova və digərləri Lənkəran polis şöbəsinə ərizə ilə müraciət edib. Ərizədə bildirilir ki, tanımadıqları biri qadın olmaqla 3 nəfərin AZSAMAND markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobilində onların yaşadıqları ünvana gələrək, onlara hədə qorxu gəliblər. Belə ki,özlərini Bakı şəhərindən gəlmiş polis əməkdaşları kimi təqdim edib baxıcılıq fəaliyyəti ilə məşğul olduqları üçün onlarla getməli olacaqlarını bildiriblər.Polisə getməmək üçünsə falçılardan müxtəlif məbləğdə pul və qızıl-zinət əşyaları alaraq aradan çıxıblar. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində AZSAMAND markalı avtomobili aşkar edilərək saxlanılıb. İlkinkin araşdırma zamanı məlum olub ki, avtomobili etibarnamə ilə idarə edən Şirvan şəhər sakini, 38 yaşlı Fariz Fazil oğlu Yəhyayev üstündə olan vəsiqələrlə özünü “Xəbərfakt” İnformasiya Portalının və Presedent ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Kəlbəcər şəhərində qeydiyyatda olan, hazırda Xırdalan şəhərində müvəqqəti məskunlaşmış 41 yaşlı İpək Yunus qızı Məmmədova özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru,İpək Kəlbəcərli, İpək Məmmədli və Hacıqabul şəhər sakini, 23 yaşlı İlkin Habil oğlu Məmmədov Xəbərfakt İnformasiya Portalının xüsusi müxbiri kimi təqdim edərək, Lənkəranın müxtəlif yaşayış məntələrini gəzib baxıcılıqla məşğul olan şəxslər barədə sakinlərdən məlumat toplayıblar. Daha sonra falçıların yaşadıqları ünvana gedərək onları ifşa edəcəkləri ilə hədələməklə pul və qızıl alaraq aradan çıxıblar. Fariz Yəhyayev, İpək Məmmədova və İlkin Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində də Cinayət Məcəlləsinin 178-ci,dələduzluq maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.
Lənkəranda “reket jurnalistlər” həbs edildi
- By admin
- 01 Avqust 2016 10:35
DİGƏR XƏBƏRLƏR
-
16 Sentyabr 2024 08:41
Ağadadaş Ağayevin başı yeni qalmaqalda
-
13 Sentyabr 2024 17:36
AŞ PA-da Azərbaycanla bağlı müzakirələr başlayacaq
-
13 Sentyabr 2024 15:15
Ortaq türk əlifbası: “Bu addım türk dövlətlərinin inkişafına aparan yolun ilk pilləsidir”
-
12 Sentyabr 2024 11:46
İsrail-HƏMAS MÜNAQİŞƏSİ: Sülh, yoxsa daha geniş müharibə?
-
11 Sentyabr 2024 10:27
Maskın sərvəti artır:
-
10 Sentyabr 2024 15:02
Türkiyəli deputat: “İlon Mask, bizi aldatma, Türkiyədə bunu kim alacaq?”
-
10 Sentyabr 2024 02:40
Bakıda evə basqın: Polisə silah çəkdi, öldürüldü
-
08 Sentyabr 2024 00:14
Azərbaycanlı deputat Fransada kompleks tikdirir
-
06 Sentyabr 2024 10:20
Televiziyalar cəmiyyəti ifadə etmədiyinə və ictimai fikrə təsir edə bilmədiyinə görə sosial şəbəkələrə uduzur
-
06 Sentyabr 2024 00:39
SON DƏQİQƏ: Tula vilayətindəki zavodda güclü yanğın baş verib
-
05 Sentyabr 2024 13:37
Baş Prokurorluq İsmayıllıdakı həbslərin detallarını açıqladı
-
04 Sentyabr 2024 12:46
Generalın biznesmen oğlu keçmiş xanımından aliment tələb edir