
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində olub.
Belə ki, Lənkəran rayonunun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədov idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxıb yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəzada ağır xəsarət alan sürücü və sərnişin qismidə olan həmkəndliləri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Gununsesi.info