Lənkəranda yol qəzası- XƏSARƏT ALAN VAR

Lənkəranda yol qəzası

qeza-yol-nishani-2jpg-14-35-10

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var.

Gununsesi.info ARB TV-yə istinadən  xəbər verir ki, Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Ramil Mirzəyevin sürdüyü “Mercedes” markalı avtomobillə, 23 yaşlı İlkin Axundzadənin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info

COMMENTS