Lənkəranda yol qəzası 2 ölü, 1 yaralı (FOTOLAR)

  • By admin
  • 23 İyul 2016 10:00

lenkoran

 

Lənkəranda ölümlə nəticələnən ağır yol-qəza hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb,bir nəfər yaralanıb. Ağır yol-qəza hadisəsi gecə saatlarında ,Ələt-Astara magistralının Lənkəran rayonu  Asfilal kəndi  ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, dövlət seriya nömrəsi Rusiya Federasiyasına məxsus  C047 BY  VAZ-21099  markalı minik avtomobili  dövlət qediyyat nömrəsi Azərbaycan respublikasına məxsus digər nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşma nəticəsində  VAZ 21099  markalı minik avtomobilində olan  sürücü və sərnişin, Lənkəran rayon Xanbulan kənd sakini 58 yaşlı, Fikrət Abdullayev  və  68 yaşlı  İmran Dövlətov hadisə yerindəcə dünyalarını dəyişiblər.  Hadisə zamanı xəsarət alan Lənkəran rayon Xanbulan kənd sakini, 68 yaşlı Xanəli İnətullayev isə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər  onun vəziyyətinin ağır olduğu bildirir. Hadisə yerinə dövlət yol polisinin əməkdaşları cəlb olunub. Qəza yeri müayinə edilib.

İki nəfərin həyatına son qoyan qəzanın dəqiq səbələri araşdırmalardan sonra məlum olacaq.

 

lenkoran2

 

lenkoran1

 

Gununsesi.info