Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb.
Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info