Lənkəranda yüksək sürət can aldı - 1ölü, 6 nəfər xəsarət aldı

  • By admin
  • 17 Sentyabr 2016 10:35

qeza

Günüsəsi.info xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun rayonun  Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki,Lənkəranın Şağlakücə kənd sakini, 26 yaşlı Fərahim Məlikzadənin idarə etdiyi  “Nissan”  markalı minik avtomobili sürücüsüsünün şəxsiyyəti məlum olmayan “Mercedes” markalı minik avtomobili ilə toqquşub.Güclü zərbənin təsirindən hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin  Nissan ın sürücüsünün əmisi yoldaşı, 51 yaşlı Şinəxanım Fərəcova, əmisi gəlni,21 yaşlı Salatın Fərəcova və əmisi nəvələri, Hüseyn və Nur Fərəczadələr, eləcə də  Mersedes in iki sərnişini,Malik Babayev və Mehman Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Reanimasiya şöbəsinə yerləşdirilmiş rayonun Şağlakücə kənd sakini, 51 yaşlı Şinəxanım Fərəcovaya zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə qəzanın baş verməsinə səbəb,Mersedes markalı avtomobilin yağmurlu havada yüksək sürətlə idarə olunması olub.Qeyd edək ki, “Mercedes”  markalı minik avtomobilinin sürücüsü hadisədən sonra nəqliyyat vasitəsinin dövlət nömrə nişanını açaraq polis əməkdaşları gələnə qədər hadisə yerindən qaçıb.Hazırda onun tapılaraq istintaqa cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

HTML tutorial

qeza1

Günüsəsi.info