Lənkəranda yük maşını, minik avtomobili ilə toqquşub nəticədə iki nəfər dünyasını dəyişib.
Gununsesi.info hadisə Ələt-Astara magistralını 199-cu kilometrliyində, yolun Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lerik rayonunun Bobogil kənd sakini, 29 yaşlı Bəndiyev Rasif Arif oğlunun idarə etdiyi VAZ – 2107 markalı, minik avtomobili ilə Lənkəran sakini, 34 yaşlı Dadaşov Seymur Nizami oğlunun idarə etdiyi yük maşını ilə toqquşub.Toqquşma nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini, 30 yaşlı İbadov Famil Babarəhim oğlu hadisə yerindəcə dünyasının dəyişib. Avtomobil deformasiyaya uğradığından,sıxılmış vəziyətdə qalan cəsədləri maşından çıxarmaq mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.Onların səyləri nəticəsində xüsusi alətlərin köməyi ilə meyitləri avtomobildən çıxarılıb. Daha sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi keçiriləcək avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Gununsesi.info