İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün havalimanında sənədləşmə aparılır.
Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.
Gununsesi.info