“Lənkəranski”nin ölümü onlara sərf edir

  • By admin
  • 24 Avqust 2016 16:42
rovsen
Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə nüfuz uğrunda müharibə başlayacaq.
Gununsesi.info kriminal aləmə məxsus  Rusiyanın məşhur “Primecrime” informasiya portalı Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə ciddi döyüşlərin başlayacağı haqqında yazı dərc edib. Yazıda bildirilir ki, Rövşən  Lənkəranskinin səyi nəticəsində Kişik Asiya və bölgədə kriminal aləm arasında müəyyən bir sakitlik  və sülh hökm sürürdü. Ancaq onun ölümü bölgədə vəziyyəti dəyişdirəcək. Belə ki,  bölgədə nüfuz uğrunda  gərgin mübarizə başlanacaq. Demək olar ki, yaxın gələcəkdə  bölgə sanki bir döyüş səhnəsini xatırladacaq. Bölgədə nüfuz uğrunda əsasən  azadlıqda olan  və əks qütblərdə oloan “qanuni oğrular” Merab Canqveladze və Laşa Şuşanaşvili arasında gedəcək. Hansı ki, Rövşənin ölümü sonuncuya sərf edir.
Gununsesi.info