“Lənkəranski”nin ölümündən sonra kriminal aləmdə nüfuz döyüş başladı

  • By admin
  • 25 Avqust 2016 10:06
nufuz
 
Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə nüfuz uğrunda müharibənin başlanması haqqında məlumat vermişdik.
Gununsesi.info xəbər verir ki, R.Lənkəranskinin ölümündən sonra kriminal aləmdə “qanuni oğrular” arasında mübarizə gərginləşib.
“Life”-ın xəbərinə görə, avqustun 23-də Rusoyanın Krosnadar diyarında “qanuni oğru” Merab Canqveladzenin, daha doğrusu Suxumindən olan krimial aləmin maraqlarını müdafiə edən   47 yaşlı gürcü milyarder Mindiya Qulua qarşı növbəti sui-qəsd törədilib. M. Quluanı öldürmək istəsələr də, onu öldürmək istəyənlər niyyətlərinə çatmayıblar. Güllə yarası alan M. Qulua Krasnodar şəhər klinikasında reanimasiyaya yerləşdirilib.
Naməlum şəxs Qulua və onun mühafizəçisini  güləlləyərək hadisə yerindən qaçıb. Bir neçə küçədən sonra killer sürdüyü maşını yandıraraq aradan çıxıbş
“Rosbalt”-ın məlumatına görə,  son vaxtlarda  Mindiya Quluaya qarşı üçüncü sui-qəsd  cəhdidir. “Primesrime.ru” isə xəbər verir ki, M. Qulua Kubanda  Suxumi kriminal klanın lobbisti hesab edilirdi. Bu klana isə Merab Canqveladze  rəhbərlirk edir. Krasnodarda isə onun təmsilçiləri “qanuni oğrular” David Canqidze və Tenqiz Lakberiyadır.
Bununla belə M. Quluanın Zaxariya Kalaşovanın (kriminal aləmdə  Şakro kimi tanınır-red.) Krasnodardakı  təmsilçiləri olan “qanuni oğru”-lar  Dato Ozmanov, Ara Muradyan (Ara Armavirskiy), Şalva Ozmanovla (Kuso) heç də xoş olmayan münasibəti olub.
M. Quluaya qarçı sui-qəsd məh kriminal aləmdəki mübarizənin tərkib hissəsi kimi dəyərləndirilir.
Rus mediasının yazdığına görə, artıq Merab Canqveldaze ilə Şakro arasında  nüfuz urunda mübarizə başlayıb və bu mübarizə getdikcə daha da kəskinləşəcək. Çünki R.Lənkəranski sağlığında Meraba dəstək verdiyindən onun mövqeyi möhkəm idi.
Ancaq R.Lənkəranskinin ölüümndən sonra təkcə Şako Merab arasnda deyil, eyni zamanda Kaxa Şunaşivili arasında da nüfuz urunda mübarizə şiddətlənəcək. 
Gununsesi.info