
“Qanuni oğru” Rövşən Lənkəranskinin qətli ilə bağlı Türkiyə mediası yeni detallar yayımlayıb.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş verən cinayətdən sonra axtarış aparan Cinayət Bürosunun əməkdaşları otel çıxışı atəşə məruz qalan avtomobillərdən birini idarə edən Tahir C.-ni saxlayıb.
Məlum olub ki, Rövşən oteldə Tahir C. ilə görüşüb. Həmin toplantıda iştirak edən və Canıyevin adamları olduqları müəyyən edilən azərbaycanlı Hacıbaba T. ilə A.N. və Z.İ. də şahid olaraq dindirilmək üçün polis bölməsinə aparılıblar.
Lakin dindirilmə zamanı məlum olub ki, 3 şahiddən biri olan Hacıbaba T. polis tərəfindən axtarışda olub. Artıq şübhəli durumuna düşən Hacıbabanın 18 avqust 2013-cü ildə azərbaycanlı iş adamı Əli Həmidovun qətlində şübhəli olduğu ortaya çıxıb. Qeyd edilir ki, həmin cinayətdə Lənkəranskinin də adı keçib.
Cinayət polisi təhlükəsizlik kameralarından silinən həmin olayla da bağlı yenidən geniş araşdırmalara başlayıb. Rusiyada 5 ayrı cinayətdə adı hallanan Hacıbaba ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlanılıb.
Qeyd edilir ki, Türkiyə polisi Canıyevin qətlində rus mafiyasını əsas şübhəli olaraq görür. Şübhəlilər arasında Laşi Ş., Yuriy P., Vasiliy H. və Nadir S. adlı mafya üzvlərinin adı çəkilir.
Gununsesi.info