Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-dan iyunun 28-dək olan müddətdə rayon ərazisindəki 2 evdən ümumilikdə 2000 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Bağırov tutulub.
Bundan başqa iyulun 23-də Sabunçu rayonu ərazisindəki evlərdən birindən mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cümşüd Qasımov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Anar
Gununsesi.info